Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4242

Nazir Əbülfəs Qarayev Azərbaycanın mədəniyyət ictimaiyyətini təbrik edib

Mədəniyyət naziri Əbülfəs Qarayev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.

Təbrikdə vurğulanır ki, respublikamıza rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin himayədarı olmuş ulu öndər Heydər Əliyevin bu mütərəqqi siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı da sevindirir. Bu gün mədəniyyətimizin, xüsusilə də musiqimizin sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda eşidilir, onun zənginliyi, ecazkarlığı insanları heyrətə salır.

Qeyd olunur ki, 2019-cu ildə ölkəmiz bir sıra mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu il eyni zamanda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycan paytaxtında gerçəkləşdi. Sessiya həm də Şəki şəhərinin tarixi mərkəzinin (Xan sarayı ilə birlikdə) Dünya irs siyahısına salınması ilə yadda qaldı. Mədəni irsimizi dünyaya tanıdan bu böyük işlər ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Mədəniyyət Nazirliyi və digər qurumların birgə əməkdaşlığı sayəsində reallığa çevrildi. Bütün bunlar həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın örnəkləridir.

Təbrikdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan olunan “Nəsimi ili” ölkəmizdə və onun hüdudlarından kənarda, o cümlədən UNESCO-da  silsilə tədbirlərlə qeyd edilərək eyni zamanda bir mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı. Dahi söz ustadının anadan olmasının 650-ci ildönümündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ikinci dəfə gerçəkləşən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı şairin zəngin irsinin öyrənilməsində və təbliğində mühüm rol oynadı. İl ərzində həmçinin dövlət başçısının sərəncamları əsasında Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafında xüsusi rol oynamış şəxsiyyətlərin yubileyləri qeyd olundu.

Təbrikdə daha sonra deyilir: “Bu il də mədəniyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərən insanların zəhməti möhtərəm Prezidentimiz tərəfindən qiymətləndirildi, onlar dövlət təltiflərinə layiq görüldülər. Mədəniyyətimizin bu səviyyəyə çatmasına mühüm töhfələr vermiş görkəmli sənətkarların xatirələri yubiley mərasimlərində, anım tədbirlərində bir daha yada salındı. Mədəniyyət ənənələrə söykənən davamlı bir prosesdir. Ona görə də ölkəmizdə bu sahənin inkişafı üçün irs və müasirlik vəhdət təşkil edir. Eyni zamanda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əsas hədəfimiz müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri çağımızın tələbləri səviyyəsinə qaldırmaqdan ibarət olmalıdır”. 

Nazir müraciətinin sonunda bir daha respublikamızda mədəniyyət sahəsində çalışan bütün insanları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər kəsə cansağlığı, ailə səadəti və yeni uğurlar arzulayıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb