Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3829

Dövlət qayğısı yaradıcı insanların fəaliyyətinə stimul verir

Dekabrın 24-də Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirildi.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı. Bildirdi ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu mütərəqqi ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir: “Mədəniyyətimiz dünyada tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahənin inkişafına göstərdikləri diqqət və qayğı sayəsində mümkün olub. Mükafatların 24 dekabr tarixində - Prezident İlham Əliyevin doğum günündə təqdim edilməsi ikiqat bayram ovqatı yaradır. Bu gün Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasındadır. Dövlət tərəfindən göstərilən qayğı yaradıcı insanların fəaliyyətinə stimul verir. Uzun illərdir, cənab Prezidentin apardığı siyasətin avanqardında mədəniyyət xadimləri dayanır. Hər il dövlət başçısının sərəncamları ilə müxtəlif mədəni tədbirlər keçirilir, mədəniyyətimizin inkişafına töhfələr verən insanlar mükafatlandırılır”.

Nazir diqqətə çatdırdı ki, bu gün mükafatlandırılan şəxslərin arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının xadimləri də yer alır. Teatra dövlət statusunun verilməsinin 100 illiyi münasibətilə cənab Prezident teatr xadimlərini müxtəlif dövlət mükafatları ilə təltif edib. Təltif edilənlər sırasında həm də musiqi xadimləri var.

Əbülfəs Qarayev qeyd etdi ki, hər il ölkə başçısının ad günü ərəfəsində çövkən milli oyunu üzrə Prezident kuboku turniri keçirilir. Vurğulandı ki, bu il də Şəkidəki  Respublika Milli Atüstü Oyunlar Mərkəzində yarışlar keçirilib.

Nazir bildirdi ki, bu il bütün sahələrdə olduğu kimi, ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalıb: “May ayında V Dünya Mədəniyyətlərarası Dialoq Forumu, iyul ayında UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçirilib. UNESKO-nun mötəbər tədbirində Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan sarayı Dünya irs siyahısına daxil edilib. Bütün bunlar müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olub. İnanırıq ki, hörmətli Prezidentimizin uğurlu siyasəti nəticəsində biz bu tədbirləri doğma Şuşa və Qarabağımızda da qeyd edə biləcəyik”.

Nazir onu da qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 20 il əvvəlkindən daha fərqli, daha da sürətlə inkişaf edir: “Bu cür siyasət aparmaq yalnız böyük şəxsiyyətlərə məxsusdur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti, ölkəmizi dünya miqyasında tanıtması imkan verir ki, biz bu gün ölkəmizin uğurlarından, dünya miqyasındakı nailiyyətlərindən söz açaq. BMT may ayında Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu dünya üzrə ilin möhtəşəm hadisəsi kimi dəyərləndirib. Bu o deməkdir ki, Azərbaycan dünya miqyasında öz tarixi mövqeyini qazana bilib”.  

***

Sonra mükafatlar təqdim edildi. 

Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Məlik və Yalçın Adıgözəlova “Şöhrət” ordeni, müğənnilər Tünzalə Ağayeva, Miri Yusif, Röya və aktyor Kazım Abdullayevə “Xalq artisti”, Mətləb Abdullayev, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayevə “Əməkdar artist” fəxri adları, Məsmə Aslanqızı, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Rafael Həsənov, Elxan Quliyev, Elnur Məmmədov, Hacıbaba Məmmədova “Tərəqqi” medalı, Bəsti Cəfərova, Məleykə Əsədova, Laləzar Mustafayeva və Ramiz Novruza isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edildi.

Nurəddin Mehdixanlı, Ramiz Məlik, Yalçın Adıgözəlov və digər sənətçilər Prezident İlham Əliyevin doğum günündə onlara təqdim edilən mükafatın ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına minnətdarlıqlarını ifadə etdilər.

***

Nazir bir daha ölkə rəhbəri İlham Əliyevi doğum günün münasibətilə mədəniyyət işçiləri adından təbrik etdi. Vurğuladı ki, Azərbaycan dövləti və xalqı heç zaman öz mədəniyyət xadimlərinə biganə olmayıb. Bu ilin mart ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşü keçirildi. Bu görüşdən sonra mədəniyyət sahəsində çalışanlara dövlət qayğısı daha da artırıldı, bəzi teatrların statusunda dəyişiklik oldu. Əksər teatrlara, habelə yaradıcılıq ittifaqlarına vəsait ayrıldı. Nazir dedi ki, gələcəkdə teatrla, sənətin digər sahələri ilə bağlı yeni proqramlar hazırlanacaq, yeni layihələr reallaşdırılacaq.

Sonda Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzuladı və hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi