İstiqlal Muzeyindən növbəti sərgi - "Ümummilli lider Heydər Əliyev xatirələrdə"
3196
12.12.2019
12.12.2019 09:39
Azərbaycan İstiqlal Muzeyi tərəfindən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.
Tədbirdə şəxsi heyətə Ümummilli Liderin fəaliyyəti haqqında məlumat verilib. Tədbirdə rejissor Mehriban Ələkbərzadənin müəllifi olduğu “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş edilib.
Sonda hərbçilər Azərbaycan İstiqlal Muzeyi tərəfindən Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.