Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1405

Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu

Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.

Mərasim Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının birgə keçirdiyi tədbirdə əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov böyük dövlət xadiminin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, müstəqil Azərbaycanda kitabxana işinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub: “1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərc-mərclik şəraitində ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması elmimizi, mədəniyyətimizi tamamilə məhv olmaqdan xilas etdi”.

Sonra ulu öndərin həyat fəaliyyətindən bəhs edən qısa film nümayiş olundu.

YAP Səbail Rayon Təşkilatının sədri, professor Şəmsəddin Hacıyev bildirdi ki, Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda taleyini yenə Heydər Əliyevə etibar edib. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş baş verdi.

Ş.Hacıyev qeyd etdi ki, ulu öndərin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın şəkildə görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını artırır.

Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, kafedranın dosenti Rasim Süleymanov və YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək ulu öndərin öz qüdrəti, cəsarəti ilə sabitliyi bərqərar etdiyini, Azərbaycanın parçalanmasına yönəlmiş addımları dəf edərək demokratik ölkə kimi inkişafın təməlini möhkəmlətdiyini söylədilər.

Sonda tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətin əks etdirən "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev" adlı kitab sərgisi ilə tanış oldular.

XƏBƏRLƏR

23.09.2020 16:22
Anar Kərimov Portuqaliyanın səfiri ilə görüşdü
23.09.2020 10:25
“Tarixi yazmış bir tale” adlı respublika müsabiqəsi başa çatıb
22.09.2020 16:24
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.2020 14:05
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək
22.09.2020 12:02
“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri” layihəsi həyata keçirilir
22.09.2020 10:09
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
21.09.2020 15:48
Azərbaycan və Özbəkistan arasında keçirilən xalq simli musiqi alətləri ifaçılarının müsabiqəsi başa çatıb
21.09.2020 15:13
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
21.09.2020 15:04
“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib
21.09.2020 14:24
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.2020 10:30
Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub
21.09.2020 09:51
Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib
19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib