Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1295

“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub

Musiqi məktəblərinin inkişafına Azərbaycanda reallaşan mədəniyyət siyasəti çərçivəsində xüsusi diqqət ayrılmaqdadır. Həmin məktəblərin tanıdılması və fəaliyyətinin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər görünməkdədir. Mövcud istiqamətdə atılan növbəti addım estrada sinfinin inkişafı ilə bağlıdır.

Dekabrın 10-da Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tanınmış mütəxəssislərin iştirakı ilə ilk müzakirələr aparılıb. Müzakirədə məktəbin direktoru Əziz Qarayusifli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Məryəm Babayeva, Xalq artisti, Bakı Musiqi Akademiyasının “Vokal” kafedrasının professoru Natavan Şeyxova, Əməkdar İncəsənət Xadimi Rafiq Seyidzadə, Azərbaycan Milli Konservatoriyasının “Milli Vokal” kafedrasının baş müəllimi, caz festivalları laureatı Rövşən Rzayev və V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru, Əməkdar İncəsənət xadimi Akif Süleymanbəyli iştirak ediblər.

Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova tədbirin əhəmiyyətindən söz açıb. Təqdim olunmuş tədris planının layihəsi müzakirə və təhlil olunub, hər bir mütəxəssis ayrı-ayrılıqda yeni təkliflər irəli sürüb və tədris planına əlavələrin daxil edilməsi haqqında öz fikirlərini bildiriblər.

Müzakirədə dəvət olunmuş mütəxəssislərlə yanaşı, məktəbdə Estrada ixtisası üzrə fəaliyyət göstərən gənc müəllimlər də iştirak edib.

Sonda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qonaqlara təşəkkür edib, respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində “Estrada sənəti” sinfinin yaradılmasının müsbət rolundan, peşəkar mütəxəssislərlə birgə tədris proqramlarının yenilənməsi və bu ixtisasın inkişaf etdirilməsi üçün ustad dərslərin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

XƏBƏRLƏR

23.09.2020 16:22
Anar Kərimov Portuqaliyanın səfiri ilə görüşdü
23.09.2020 10:25
“Tarixi yazmış bir tale” adlı respublika müsabiqəsi başa çatıb
22.09.2020 16:24
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.2020 14:05
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək
22.09.2020 12:02
“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri” layihəsi həyata keçirilir
22.09.2020 10:09
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
21.09.2020 15:48
Azərbaycan və Özbəkistan arasında keçirilən xalq simli musiqi alətləri ifaçılarının müsabiqəsi başa çatıb
21.09.2020 15:13
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
21.09.2020 15:04
“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib
21.09.2020 14:24
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.2020 10:30
Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub
21.09.2020 09:51
Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib
19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib