Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
445

Nizami Kino Mərkəzində “Mələk” tammetrajlı bədii filmi nümayişi olunub

Dekabrın 9-da Nizami Kino Mərkəzində “Mələk” tammetrajlı bədii filmi nümayiş olunub.

Film Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və YAP Gənclər Birliyinin dəstəyi ilə gənc prodüser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gəlib.

Filmin təqdimat mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, hər bir çəkilən film inkişafdır, mədəniyyətdir və Azərbaycan mədəniyyətinə yeni töhfədir.

Qeyd edilib ki, filmin nümayişi Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirilir.

Natiq gənclər tərəfindən ekranlaşdırılan belə layihələri yüksək qiymətləndirib və bu işə hər zaman dəstək verməyə hazır olduqlarını bildirib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev ekran əsərinin yaradıcı heyətinə uğurlar arzulayaraq bu işdə əməyi olanlara təşəkkür ediblər.

Vurğulanıb ki, zorakılıq, xüsusən də qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalır. Bu hal bütün dünya ölkələrində müşahidə olunur. Qeyd edilib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalar əsas götürülərək bu istiqamətdə bir çox layihələr icra olunub.

Filmin prodüseri Kənan Aydın və quruluşçu rejissoru Elmar Məmmədov bütün iştirakçıları salamlayaraq onlara dəstək verən qurumlara minnətdarlıqlarını bildiriblər.

Ssenari müəllifi Aysel Ateş Abdullazadə olan filmdə Xalq artisti Kazım Abdullayev, aktyorlar Xatirə Süleymanova, Kənan Aydın və Leyla Səlim çəkiliblər.

Sonra film nümayiş olunub.

Film “O evdən kəfənsiz çıx!” şüarı ilə erkən nikahlara, qadına şiddətə və ailədaxili zorakılığa qarşı dayanışmanı əks etdirir.

XƏBƏRLƏR

25.01.2020 20:17
Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib
25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub
25.01.2020 11:06
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub