Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1033

“Yeddi nar çubuğu” səhnəyə gəlir

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci sənət mövsümündə də tamaşaçılarına rəngarəng və maraqlı repertuar təqdim edir. Yaradıcı heyət növbəti səhnə əsərinin məşqlərinə başlayıb.

Yerli və xarici dramaturqların müxtəlif mövzulu əsərləri ilə yanaşı, şifahi xalq ədəbiyyatı nümunələrini də müasir səhnələşdirmədə təqdim edən kollektiv bu dəfə Azərbaycanın məişət nağılları sırasında ibrətamizliyinə görə xüsusi yeri olan “Yeddi nar çubuğu”na müraciət edib.

Birlik, həmrəylik, ailə dəyərləri, doğmalara sevgi və bağlılıq kimi məqamları önə çəkən bu kiçikhəcmli nağılı publisist Zülfüqar Rüfətoğlu pyesə çevirib. Tamaşaya Əməkdar artist Qurban Məsimov quruluş verir.

Azərbaycan Dövlət Kukla Teatrı, “ITALDIZAIN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin  dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın fərqli səhnə tərtibatı olacaq.

Belə ki, klassik kukla tamaşası üslubunda hazırlanan “Yeddi nar çubuğu”nda əsasən kölgə teatrı elementləri tətbiq ediləcək. Parket və masaüstü kukla texnikalarında nümayiş olunacaq tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Səhnə əsərinin bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə yurd, torpaq təəssübü, çağırış, cəng ruhlu musiqilər yazıb. Tamaşada ümumilikdə 10-dək mahnı səslənəcək.

“Yeddi nar çubuğu”nda obrazları əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva oynayacaqlar.

XƏBƏRLƏR

29.01.2020 11:39
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni pilot sorğu keçirmək niyyətindədir
29.01.2020 10:33
“Buratino” nağıl-tamaşası növbəti dəfə təqdim edilib
29.01.2020 10:33
Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb
29.01.2020 09:33
Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd edilib
28.01.2020 11:37
"Kreativ Azərbaycan" portalının tərəfdaşlığı ilə "Azerbaijan Design Award" müsabiqəsi keçiriləcək
28.01.2020 11:24
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
28.01.2020 11:22
Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib
28.01.2020 11:21
Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır
27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib