Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
213

Daşkənddə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunan tədbir keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunda Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunan tədbir keçirilib.

Əvvəl foyedə təşkil olunmuş sərgidə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, suvenirlər nümayiş etdirilib.

Kitablar arasında AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlər, o cümlədən böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən” kitabı, Məhəmməd Füzulinin əsərləri və digər toplular yer alıb.

İnstitutun müəllimi, dosent Firuza İkramxanova Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən danışıb, bildirib ki, son illər bu sahədə böyük uğurlar əldə olunub. Azərbaycanın şair və yazıçıları Özbəkistana gəlir, özbək yazarları Bakıya gedirlər.

Özbəkistan Yazıçılar İttifaqının üzvü Adxambek Alimbekov Mədəniyyət Mərkəzinin Azərbaycan şair və yazıçılarının özbək dilində çap etdirdiyi kitablardan danışıb, ədəbi əlaqələrin inkişafında bu nəşrlərin böyük rolu olduğunu diqqətə çatdırıb.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Tələbələr Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin şeirlərini söyləyib, AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib. 

XƏBƏRLƏR

29.01.2020 11:39
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni pilot sorğu keçirmək niyyətindədir
29.01.2020 10:33
“Buratino” nağıl-tamaşası növbəti dəfə təqdim edilib
29.01.2020 10:33
Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb
29.01.2020 09:33
Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd edilib
28.01.2020 11:37
"Kreativ Azərbaycan" portalının tərəfdaşlığı ilə "Azerbaijan Design Award" müsabiqəsi keçiriləcək
28.01.2020 11:24
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
28.01.2020 11:22
Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib
28.01.2020 11:21
Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır
27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib