Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2217

Mədəniyyət Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Noyabrın 18-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə səfərdə olan Özbəkkino Agentliyinin baş direktorunun müavini Şuxratullo Rizayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Vaqif Əliyev qonaqları salamlayaraq onlara respublikamızda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanda mədəniyyət və incəsənətin müxtəlif sahələrinin, o cümlədən kinematoqrafiyanın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Ölkə mədəniyyətinin xaricdə təbliği məqsədilə davamlı olaraq tədbirlər, layihələr reallaşdırılır.

Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazirin birinci müavini bu münasibətləri daha da inkişaf etdirmək üçün böyük perspektivlərin olduğunu dedi. Bu baxımdan qarşılıqlı mədəni tədbirlərin, kino günlərinin, mədəniyyət kollektivlərinin səfərlərinin təşkili xüsusi əhəmiyyətə malikdir.

Şuxratullo Rizayev səmimi qəbula görə minnətdarlığını bildirərək Özbəkistanda kinonun inkişafı və bu sahədə görülən işlərdən söz açdı. Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq noyabrın 17-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Özbəkkino” Milli Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi”nin keçirilməsindən məmnunluğunu vurğuladı.

Bildirdi ki, “Özbək kinosu həftəsi” çərçivəsində nümayəndə heyəti Azərbaycan Dövlət Film Fondunun fəaliyyəti ilə tanış olacaq, ölkəmizin kino xadimləri ilə görüşlər keçirəcək, kino sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparacaqlar. Özbəkistan nümayəndə heyətinin həmçinin Şəki Regional Mədəniyyət İdarəsi və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayılı və Qəbələ rayonlarına səfərləri nəzərdə tutulub. Həmin rayonlarda da özbək filmlərinin nümayişləri təşkil olunacaq.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi