16.11.2019 04:10
Noyabrın 16-da M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “16 noyabr-Beynəlxalq Tolerantlıq günüdür” adlı kitab sərgisi açılıb.
Sərgidə Azərbaycan və digər dillərdə kitab və dövri mətbuat materialları nümayiş olunur.
Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Sivilizasiyaların qovuşduğu, şərq və qərb mədəniyyətlərinin çuğlaşdığı Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət olub.