Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
617

Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Noyabrın 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VIII Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. Forumda ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Dövlət Ermitaj Muzeyinin baş qərargahında keçirilən Forumun rəsmi açılış mərasimində çıxış edən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets bildirib ki, builki tədbir bir sıra göstəricilərinə görə əvvəlkilərdən fərqlənir. İştirakçıların sayı 35 min nəfəri ötüb və 100-dən artıq ölkədən mütəxəssislərin iştirakı ilə müxtəlif məkanlarda 350-dən çox tədbir keçiriləcək. Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov çıxış edərək Forumun əhəmiyyətindən, şəhərin tarixi-mədəni irsindən söz açıblar. Qeyd edilib ki, beynəlxalq tədbir Sankt-Peterburqun mədəni zənginliyinə investisiya cəlb etməyə kömək edəcək.

Daha sonra Çin Xalq Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyə və Slavyan Mədəniyyətləri Fondu nümayəndələrinin çıxışları dinlənilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti həmin gün Forumun əsas mövzusuna həsr olunmuş "Qloballaşma şəraitində mədəni kodlar" adlı plenar iclasda iştirak edib.

Forum çərçivəsində Sevda Məmmədəliyeva Rusiyanın və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə mədəni əlaqələrin inkişafından, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlərdən, habelə 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “iştirakçı ölkə” statusunda maraqlı proqram təqdim edəcəyi barədə söhbət açılıb.

İlk günün sonunda Sevda Məmmədəliyeva Sankt-Peterburq Etnoqrafiya Muzeyində Rusiya Mədəniyyət naziri Vladimir Medinskinin Forumun xarici nümayəndə heyətləri ilə görüşündə iştirak edib. Qeyd olunan tədbirlərdə Azərbaycan nümayəndə heyətini ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov müşayiət edib.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir