Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
294

Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib

Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Urgəncdəki Gənclər mərkəzində bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə iki xalq arasında tarixi dostluğa həsr olunan “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə Xarəzm vilayət hakimiyyətinin nümayəndələri, elm, mədəniyyət, incəsənət xadimləri, gənclər, jurnalistlər iştirak ediblər.

Əvvəlcə qonaqlarla Gənclər mərkəzində görüş keçirib.

İştirakçıları Xarəzm Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev salamlayaraq Azərbaycan-Özbəkistan dostluğu, vilayətdə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri haqqında geniş məlumat verib. O, qardaş ölkənin mədəniyyəti və ədəbiyyatı bayramı çərçivəsində vilayətdə çoxlu tədbirlərin keçirildiyini qeyd edib, dövlət başçılarımız arasında səmimi münasibətlərin ikitərəfli əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açdığını vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, AMM-nin layihəsi ilə vilayətdə keçirilən tədbirlər barədə məlumat verib, xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi, habelə milli mədəniyyətimizin qardaş ölkədə tanıdılması və təbliği istiqamətində aparılan işlərdən və həyata keçirilən layihələrdən danışıb.

Sonra iştirakçılara “Dostluq riştələri” adlı sənədli film təqdim olunub. Azərbaycan və özbək xalqlarının mədəni irsi, tarixən yaxınlığı, xalqlarımızın yaratdığı əsərlər, tanınmış elm, ədəbiyyat xadimləri haqqında məlumatlar filmdə öz əksini tapıb.

Özbək dilində hazırlanmış bu ekran əsərində tariximizin, mədəniyyətimizin şanlı səhifələri, hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, müstəqillik illərində dostluq əlaqələrinin möhkəmlənməsi, dövlətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması, bu işdə dövlət başçılarının xidmətləri, qarşılıqlı səfərlər, Daşkənddəki Heydər Əliyev küçəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, mərasimdə o zaman Baş Nazir olan Şavkat Mirziyoyevin və Azərbaycan Prezidenti İlham Əliyevin iki xalq arasında dostluq əlaqələrinə dair dəyərli fikirləri, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin abidələrinin açılışı, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi festivallarında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.

Sənədli filmdə Özbəkistanda yaşamış tanınmış azərbaycanlılar, onların Özbəkistanın ictimai-mədəni həyatında rolu və verdiyi töhfələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.

Filmin ssenari müəllifi AMM-nin direktoru Samir Abbasov, rejissoru Eldar Məmmədovdur.

Film təqdim edildikdən sonra mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi təqdim edib.

XƏBƏRLƏR

06.12.2019 16:03
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirildi
06.12.2019 15:23
Sumqayıtda yubiley tədbiri keçirilib
06.12.2019 15:10
“Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər paneli keçiriləcəkdir
06.12.2019 14:53
Bursada qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
06.12.2019 10:49
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06.12.2019 10:29
Qusarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı tədbir keçirilib
06.12.2019 10:07
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
06.12.2019 09:17
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
06.12.2019 09:01
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub
06.12.2019 08:53
Lilldə “Transsiberien” festivalı Qara Qarayevin əsərinin ifası ilə başlayacaq
05.12.2019 17:19
Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
05.12.2019 16:29
MDB ölkələrinin mediası Bakıda keçirilən “Sərhədsiz incəsənət” beynəlxalq seminarından yazıb
05.12.2019 14:27
Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı tədbir keçirilib
05.12.2019 12:05
“Culture Guide” mədəniyyət bələdçisinin dekabr sayı çapdan çıxıb
05.12.2019 11:37
“ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılmışdır
05.12.2019 10:57
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
05.12.2019 10:19
“Yeddi nar çubuğu” səhnəyə gəlir
05.12.2019 09:14
UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında dəyirmi masa keçirilib
05.12.2019 09:10
Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb
05.12.2019 09:06
“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert
04.12.2019 18:36
Nazir Əbülfəs Qarayev Bəhreyn Krallığının nümayəndə heyətini qəbul edib
04.12.2019 18:15
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Əminə Dilbazinin xatirəsi yad olunub
04.12.2019 18:12
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün elan edilən rəsm müsabiqəsi davam edir
04.12.2019 17:39
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04.12.2019 16:30
Mədəniyyət naziri Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirləri ilə görüşüb
04.12.2019 16:07
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
04.12.2019 14:23
Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin 30 illiyi qeyd edildi
04.12.2019 11:55
Daşkənddə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunan tədbir keçirilib
04.12.2019 08:59
Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib