12.11.2019 09:05
X Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb. Üç gün ərzində Nizami Kino Mərkəzində müxtəlif ölkələrin kinorejissorlarının ekran əsərləri nümayiş etdirilib.
Noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində festivalın bağlanış mərasimi keçirilib.
Mərasimdə çıxış edən festivalın direktoru, kinoprodüser Fəhruz Şamiyev qeyd edib ki, bu cür tədbirlər yeni istedadların üzə çıxarılması və ölkəmizdə kinematoqrafiyanın inkişafı baxımından əhəmiyyətlidir.
Sonra ən yaxşı qısa filmlərin rejissorlarına diplom və mükafatlar təqdim edilib.