Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
588

“Xocavənd rayonunun memarlıq abidələri” sənədli filmi təqdim olunub

Noyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Xocavənd rayonunun memarlıq abidələri” sənədli filminin təqdimatı keçirilib.

Film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın İşğal Olunmuş Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin layihəsi çərçivəsində reallaşıb.

Tədbirdə çıxış edən filmin ssenari müəllifi, İctimai Birliyin sədri Faiq İsmayılov ekran əsəri haqqında məlumat verib. Bildirib ki, əsas məqsəd ermənilərin işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə qarşı apardığı vandalizmi dünya ictimaiyyətinə çatdırmaq, onları məlumatlandırmaqdır. Qeyd edib ki, layihədə 2000-ə yaxın könüllü çalışır.

Xocavəndin tarixi abidələrindən söhbət açan F.İsmayılov təkcə Tuğ kəndində 50-yə yaxın qədim tikililərin olduğunu söyləyib. Bildirib ki, ermənilər Azıx mağarasında arxeoloji qazıntılar aparıb və buradakı nümunələri Fransada “Avropanın ilk sakinləri” sərgisində nümayiş etdirərək özlərinin qədim xalq olduğunu sübut etməyə çalışıblar: “Biz belə filmlərlə onların işğalçı və yalançı bir millət olduğunu dünyaya tanıtmalıyıq”.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Etibar Axundov belə sənədli filmlərin çəkilişlərinin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.

Tədbirdə çıxış edən digər natiqlər Xocavəndin dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu bildiriblər və belə filmlərin tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyiblər.

Sonra iştirakçılar ekran əsərinə baxıblar.

XƏBƏRLƏR

21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır