Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4228

Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Beynəlxalq Muğam Mərkəzində olub

Ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson və Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzini ziyarət etdilər.

Qonaqları qarşılayan Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında qısa məlumat verdi. Bildirdi ki, Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq ənənələrinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən Muğam Televiziya Müsabiqəsi keçirilir. Bu günə kimi çoxsaylı gənc muğam ifaçıları bu müsabiqələrdə uğur qazanıb, qədim sənəti təbliğ edirlər.

Nazir həmçinin vurğuladı ki, Azərbaycanın muğam sənəti, tar və kamança ifaçılıq sənətlərinin UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Daha sonra Beynəlxalq Muğam Mərkəzi tərəfindən hazırlanmış konsert proqramı təqdim edildi. Gənc xanəndələr Elgiz Əliyev və Nisbət Sədrayeva xalq mahnıları və təsnifləri, eləcə də “Bayatı-Şiraz”, “Segah” və “Rast” muğamlarından parçaları ifa etdilər. Xanəndələri tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusifov müşayiət edirdi.

İfaçıları alqışlayan Baronessa Emma Nikolson qeyd etdi ki, onun musiqiyə, xüsusilə də şifahi ənənəli musiqi janrlarına böyük marağı var. Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır. Britaniyalı qonaq ifaçılara və müşayiətçilərə təşəkkürünü bildirdi.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində xatirə şəkilləri çəkdirdilər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi