Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavini bölgələrdə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin oktyabr ayının 25-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Ucar rayon Heydər Əliyev Mərkəzində (
Ucar şəhəri, Heydər Əliyev prospekti, 73) Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev Əliyev Meydanı 1 ) Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
№ |
Şəhər (rayon) |
Əlaqələndirici şəxs |
Əlaqə telefonu |
1 |
Ucar rayonu |
Alı Babayev |
050-234-04-65 020-213-00-85 |
2 |
Zərdab rayonu |
Urfan Əhmədov |
050-375-83-03 020-296-60-61 |
3 |
Ağdaş rayonu |
İlqar Vəliyev |
050-389-80-81 020-235-56-19 |
4 |
Göyçay rayonu |
Sahib Şükürov |
050-226-00-37 020-274-60-24 |