Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
680

Muğam Mərkəzində “Solistlər ansamblı”nın müasir musiqidən ibarət konserti olub

Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin “Solistlər ansamblı”nın konserti keçirilib.

Konsertə dirijorların Y.Svetlanov adına beynəlxalq müsabiqəsinin laureatı Fuad İbrahimov rəhbərlik edib.

Fərqli və qeyri-adi ab-havada keçən ikihissəli konsert proqramında solistlər Fəridə Məmmədova (soprano), Anar Məmmədov (klarnet), Ucal Məmmədxanın (zərb alətləri) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Müasir musiqidən ibarət repertuar, istedadlı dirijor Fuad İbrahimovun özünəməxsus dəstxəti, solistlərin peşəkar ifaları konsertboyu dinləyicilərin marağına səbəb olub. Hər bir not, hər bir səs dinləyicilər tərəfindən xüsusi maraqla dinlənilib.

Konsertdə ilk olaraq italyan bəstəkarı S.Sciarrinonun “Şüşə arxasında səslər” əsəri səslənib. Soprano və instrumental ansambl üçün yazılmış əsər elə ilk anlardan bir klassika əhvalı yaradıb. Daha sonra Ayaz Qəmbərlinin “Hisslər üzərində özünütəlim metodu”, Luciano Berionun “O king” əsərləri təqdim olunub. Bəstəkar, Prezident mükafatçısı A.Qəmbərlinin adıçəkilən əsəri 2011-ci ildə Amerikanın Boston şəhərində keçirilən bəstəkarların 29-cu “Alea” III Beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.

Musiqili gecədə diqqətçəkən əsərlərdən biri də Alban Bergin “Wozzeck” operasından “Mariyanın lay-layı” olub. Əsəri ansambl üçün Moskva Dövlət Konservatoriyasının professoru, Xalq artisti Fərəc Qarayev işləyib. Avstriya bəstəkarının bu ekspressionist operası XX əsr yeni Vyana məktəbinin şah əsərlərindən biri sayılır. Musiqi, poetiklik və ansambl üçün işlənmiş müfəssəl variant alqışlarla qarşılanıb.

Konsertin ikinci hissəsi də maraqlı anlarla yaddaşlarda qalıb. Fransız bəstəkarı Georges Aperghisin “Yeddi sevginin cinayəti”, Xəyyam Mirzəzadənin “Biz səni xatırlayırıq, Çarles!”, Andrey Volkonskinin “Şazanın şikayətləri”, Louis Andriessenin “Gümüş”, Aleksandr Vustinin ”10 üçün musiqi” əsərləri müasir musiqini sevənlər üçün əsl hədiyyə idi. Konsert proqramı sənətin spesifik tərəflərinə ciddi rakursdan baxış imkanı yaradıb. Kiçik pauzalar, fraqmentlər və ifalardakı özünəməxsusluq çoxrəngli səs nöqtələrinin cazibəsində fərqli dərinlikləri hiss etdirə bilib.

Qeyd edək ki, oktyabrın 29-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının S.Raxmaninov zalında “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən yekun konsert keçiriləcək. Konsertdə iştirak edəcək “Solistlər ansamblı” proqramı bütünlüklə müasir musiqidən ibarət olacaq. Proqrama Fərəc Qarayev, Alban Berq, Ayaz Qəmbərli, Xəyyam Mirzəzadə və digər bəstəkarların əsərləri daxildir. Musiqi gecəsinin aparıcısı, sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcısı, eksperti Rauf Məmmədov olacaq.

Xatırladaq ki, “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsinə daxil olan altı konsert çərçivəsində pianoçular Ülviyyə Hacıbəyova və Gülşən Ənnağıyeva, skripkaçılar Osman Eyyublu və Elvin Xoca Qəniyev, habelə digər azərbaycanlı ifaçılar çıxış ediblər.

XƏBƏRLƏR

02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir