Bəstəkar Fərəc Qarayevin əsəri “Moskva forumu” beynəlxalq müasir musiqi festivalında səsləndiriləcək
1755
15.10.2019
15.10.2019 09:21
Oktyabrın 22-dən 27-dək Rusiyanın paytaxtında “Moskva forumu” XVI beynəlxalq müasir musiqi festivalı keçiriləcək. Konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri də daxil edilib. Bu əsər oktyabrın 26-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Raxmaninov zalında “Yeni musiqi studiyası” ansamblı tərəfindən təqdim olunacaq. Tarda Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə çıxış edəcək. Dirijor Sergey Akimovdur.