Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
748

Milli İncəsənət Muzeyinin direktoru Fransanın fəxri ordeni ilə təltif olunub

Oktyabrın 10-da Fransanın Bakıdakı səfirliyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə bu ölkənin İncəsənət və Filologiya Kavaleri ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros 2012-ci ildə Bakıda Fransa inciləri sərgisinin keçirilməsinin, 2017-ci ildə Milli İncəsənət Muzeyində Fransa mədəniyyətinin incilərinin nümayiş etdirilməsinin, bu yay isə Fransa-Azərbaycan birgə arxeoloji qazıntılarının 10 illiyinə həsr olunmuş sərginin təşkilinin Çingiz Fərzəliyevin Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrə verdiyi töhfələr olduğunu bildirib.

Səfir qeyd edib ki, İncəsənət və Filologiya Kavaleri ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə təqdim olunur.

Sonra diplomat Fransanın İncəsənət və Filologiya Kavaleri ordenini Çingiz Fərzəliyevə təqdim edib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev öz növbəsində səfirə və Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinə təşəkkürünü bildirərək deyib: “Bütün ölkələr bir-birinə oxşayır. Amma Fransa mədəniyyətinin dünya sivilizasiyasına təsiri böyükdür. Azərbaycan da bu təsirdən kənarda qalmayıb. Fransa kimi bir ölkənin ordeni ilə təltif olunmaq mənim üçün böyük şərəfdir”.

XƏBƏRLƏR

12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib
09.11.2019 11:12
Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılışı olub
09.11.2019 10:55
Şirvan aşıqları Beynəlxalq Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış ediblər
08.11.2019 17:04
Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib
08.11.2019 16:45
Mərkəzi İncəsənət məktəbində “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” adlı tədbir keçirildi
08.11.2019 16:20
Dövlət Bayrağı Günü münasibətilə regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə tədbirlər keçirilir
08.11.2019 16:02
Mədəniyyətin müxtəlif ixtisaslarını əhatə edən kurs proqramları hazırlanıb
08.11.2019 15:58
Milli Kitabxanada Bayraq Gününə həsr olunmuş kitab sərgisi açılıb
08.11.2019 15:56
Dünya şöhrətli belçikalı violin ifaçısı Maykl Qutman Bakıda çıxış edəcək
08.11.2019 14:11
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Vaqif” operası nümayiş edilib
08.11.2019 10:20
Ağcabədi rayonunda “Xarı Bülbül” festivalı keçirildi
08.11.2019 09:54
Hər bir millətin bayrağı onun milli kimliyinin ifadəsidir
08.11.2019 09:52
Saatlıda Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib
08.11.2019 09:17
Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” kitabının təqdimatı keçirilib
08.11.2019 09:05
Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi yad olunub
07.11.2019 16:57
Rəssam Mixail Şemyakin Azərbaycan Rəssamlıq Akademiyasında ustad dərsi verib