Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1487

Bakı Musiqi Məktəbinin məzunu F.Şubert adına Vyana Konservatoriyasına qəbul olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriyanın F.Şubert adına Vyana Konservatoriyasına daxil olaraq böyük uğura imza atıb. Qeyd edək ki, dünyanın muxtəlif ölkələrindən onlarla abuturiyentin iştirak etdiyi qəbul imtahanlarında o, öz ifası ilə imtahan komissiyası üzvlərini valeh edib, onlar tərəfindən yüksək təhsil bazasına və istedada malik olduğu vurğulanıb. F.Şubert adına Vyana Konservatoriyasında 2019-cu il üçün fortepiano ixtisası üzrə ayrılan 5 yerdən 4-nə çinli, 1-nə azərbaycanlı tələbə qəbul olunub. A.Məmmədli bu təhsil ocağına MDB məkanı və Qafqaz regionundan qəbul olan yeganə tələbədir.

Bu münasibətlə Baş İdarənin rəisi Cəlil Məlikov Ayan Məmmədli ilə görüş keçirib. Onu əldə etdiyi uğura görə təbrik edib və bu konservatoriyada təhsil alacaq ilk azərbaycanlı tələbə olduğunu nəzərə alaraq dövlət tərəfindən təhsilinə dəstək veriləcəyini bildirib.

Uzun illər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində, respublikanın Əməkdar müəllimi Nazilə Yaqubovanın sinifində təhsil alan Ayan Məmmədlinin dəfələrlə respublikamızda və Estoniya, İtaliya, Malta, Rusiya, İngiltərə, Yaponiya, Niderland, Danimarka kimi ölkələrdə beynəlxalq müsabiqələrdə iştirak edərək qalib olması, hətta 2015-ci ildə Avstriyanın Zaltsburq şəhərində V.A.Motsart adına Beynəlxalq Pianoçular Müsabiqəsində “Qran Pri” mükafatına layiq görülməsi və digər nailiyyətlərinin bu uğurunda böyük rolu olub.

Ayan Məmmədli Bakı Atatürk Liseyini qırmızı diplomla bitirib, T.Quliyev adına onbirillik musiqi məktəbində isə fortepiano ixtisası üzrə ilk beynəlxalq müsabiqələr laureatıdır. Məktəbin çoxsaylı tədbirləri ilə yanaşı o, dünya ölkələri ombudsmanlarının Bakı görüşünə həsr olunmuş konsert, VII Qlobal Forum və.s kimi dövlət tədbirlərində iştirak edib.

XƏBƏRLƏR

01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək