Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
864

“Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktik konfrans keçirilib

Beynəlxalq Muğam Mərkəzində milli nəfəs alətləri festivalı keçirilib. Festival Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), AMEA-nın Folklor İnstitutu, Beynəlxalq Muğam Mərkəzi və Milli Konservatoriyanın təşkilatçılığı ilə reallaşıb. Festival “Mədəniyyət” kanalının layihəsi əsasında gerçəkləşib.

Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov qeyd edib ki, milli musiqi alətləri nümunələrinin UNESKO-nun siyahısına salınması, xarici ölkələrdə keçirilən festival və müsabiqələrdə bu alətlərin ifa edilməsi ümumilikdə dövlətin bu irsə diqqət və qayğısının göstəricisidir. Qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli musiqi irsimizin tanıdılmasında mühüm xidmətləri var. Fondun təşəbbüsü ilə beynəlxalq səviyyədə həyata keçirilən layihələr musiqimizin inkişafı və təbliği yolunda böyük əhəmiyyətə malikdir.

“Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək bildirib ki, milli çalğı alətləri musiqi mədəniyyətimizin mühüm göstəricilərindən biridir. Bu günə kimi milli nəfəs alətlərinin tədqiqatı sahəsində mühüm işlər görülüb, musiqi tarixinin qədim və maraqlı səhifələri aşkara çıxarılıb. Bu çalğı alətlərini yaşatmaq, onları insanlara sevdirmək, gələcək nəsillərə çatdırmaq vacibdir. “Mədəniyyət” kanalı milli musiqimizin təbliğatını diqqətdə saxlayır və bu layihə də görülən işlərin davamıdır.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi vurğulayıb ki, Azərbaycan musiqi mədəniyyəti çox zəngin tarixə malikdir. Sovet dövründə milli nəfəs alətlərimiz kölgədə qalsa da, bu gün bu sahədə böyük işlər görülür. Konservatoriyada milli nəfəs alətlərinin tədrisi diqqətdə saxlanılır. Hazırda bu sahədə peşəkar ifaçılar yetişir.

MEMİM-in direktoru Asif Usubəliyev festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, milli nəfəs alətlərinin tədrisi ilə bağlı yeni metodlar müəyyən edilməli, bu alətlərin gənclər arasında populyarlaşdırılmasına nail olunmalıdır. Bu sahənin mənbəşünaslığı ilə məşğul olaraq daha geniş təbliğatına ehtiyac var.

Daha sonra mövzu üzrə məruzələr dinlənilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva “Orta əsr musiqisində milli nəfəs alətlərinin tədqiqi”, professor Abbasqulu Nəcəfzadə “Milli nəfəs alətlərinin inkişaf və perspektivləri”, AMK-nın baş müəllimi Mahirə Ələkbərqızı “Milli nəfəs alətlərinin ustadları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli “Milli nəfəs alətlərində xalq rəqslərimizin ifa xüsusiyyətləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəcəfov “Azərbaycan milli nəfəs alətlərinin ali təhsil ocaqlarında tədrisi” mövzusunda məruzə edilər.

XƏBƏRLƏR

28.01.2020 11:37
"Kreativ Azərbaycan" portalının tərəfdaşlığı ilə "Azerbaijan Design Award" müsabiqəsi keçiriləcək
28.01.2020 11:24
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
28.01.2020 11:22
Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib
28.01.2020 11:21
Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır
27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib
27.01.2020 12:24
“Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsi davam edir
27.01.2020 10:08
Həzi Aslanovun ömür yolu hər bir Azərbaycan gənci üçün örnəkdir
27.01.2020 09:07
Musiqili Teatrın direktoru beynəlxalq teatr sərgisində iştirak edəcək
25.01.2020 20:17
Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib
25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub