Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
771

Şamaxıda Nəsimi poeziya axşamı təşkil olunub

Oktyabrın 4-də Şamaxıda keçirilən “Mədəniyyət həftəsi”nin axırıncı günündə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə bir sıra maraqlı tədbirlər keçirilib. Onların arasında “Doğma diyar” rəsm sərgisi, “Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır” adlı poeziya axşamı təşkil olunub.

“Doğma diyar” adlı rəsm sərgisi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Respublika uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin, rəsm qalereyalarının əməkdaşlarının iştirakı ilə baş tutub. Nəsiminin portretlərdən ibarət sərgi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır” adlı poeziya axşamı da Şamaxı Astrofizika Rəsədxanasında keçirilib. Tədbiri rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq Nəsimi irsi haqqında söhbət açıb.

Bildirilib ki, Nəsimi ana dili ilə yanaşı, farsca və ərəbcə də yazıb. Onun şeirləri rus, gürcü, türk, həmçinin digər dillərə tərcümə edilib. Nəsimi haqqında rejissor Həsən Seyidbəyli tərəfindən film çəkilib. Daha sonra iştirakçılar Nəsiminin şeir, qəzəl və rubailərini səsləndiriblər.

Tədbirdən sonra keçirilmiş “Mədəniyyət həftəsi”nə həsr olunmuş brifinqdə mərkəzin direktoru Asif Usubəliyev müxtəlif telekanalların və xəbər portallarının nümayəndələrinin suallarını cavablandırıb, həmçinin Prezident İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi barədə də məlumat verib.

XƏBƏRLƏR

28.01.2020 11:37
"Kreativ Azərbaycan" portalının tərəfdaşlığı ilə "Azerbaijan Design Award" müsabiqəsi keçiriləcək
28.01.2020 11:24
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
28.01.2020 11:22
Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib
28.01.2020 11:21
Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır
27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib
27.01.2020 12:24
“Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsi davam edir
27.01.2020 10:08
Həzi Aslanovun ömür yolu hər bir Azərbaycan gənci üçün örnəkdir
27.01.2020 09:07
Musiqili Teatrın direktoru beynəlxalq teatr sərgisində iştirak edəcək
25.01.2020 20:17
Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib
25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub