Azərbaycan Dövlət Akademik Filarmoniyasında Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edib
1778
28.09.2019
28.09.2019 12:06
Sentyabrın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Türkiyənin Çukurova Dövlət Simfonik Orkestrinin çıxışı olub. Konsert Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunub.
Konsertdə Azərbaycanın və Türkiyənin məşhur bəstəkarları - Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Eray İnal, Ülvi Camal Erkinin əsərləri səsləndirilib.
Konsertin dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov, solisti türkiyəli tənbur ifaçısı Murat Səlim Tokac olub.