26.09.2019 09:21
Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində tanınmış bolqar violonçelçalan Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov çıxış ediblər.
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertdə İ.S.Bax, Y.Haydn, S.Raxmaninov, F.Şopen, İ.Brams, L.Bokkerini kimi böyük bəstəkarların əsərləri səslənib.
Konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.