Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2111

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Kollektivin səfəri Qazaxıstandan başlayıb. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Bunun ardınca kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edib. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verib. Daha sonra isə Bakıya gəlib.

Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov müsahibəsində bildirib ki, turne Türk Şurasının 10 illiyinə həsr olunur və avqustun 27-dən başlayan silsilə konsertlərlə Bakıda tamamlanır. On ölkəni təmsil edən gənc ifaçılardan ibarət orkestrə Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər. Orkestrin tərkibində adları çəkilən ölkələrlə bərabər Rusiya, Türkiyə və Türkmənistan təmsilçiləri də var.

Repertuarın fərqli olduğunu deyən D.Kaseinov qeyd edib ki, konsertdə Qərb klassik əsərləri ilə yanaşı, türk xalqlarının musiqisi də səslənir. Burada, həmçinin gənc musiqiçilər də iştirak edir. “Fikirləşirəm ki, tamaşaçılar bugünkü konsertdən razı qalacaqlar”, - deyə D.Kaseinov əlavə edib.

Qeyd olunub ki, gələn il orkestrin 10 illiyidir. Bu münasibətlə orkestrin Avropa və ABŞ-a qastrol səfərləri planlaşdırılır.

Bu günə qədər 10 fərqli ölkədə 100-ə yaxın sənətçini bir araya gətirən TÜRKSOY Gənclik Kamera Orkestri Türkiyə, Qazaxıstan, ABŞ, Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Şotlandiya və Balkan ölkələrində 60-a yaxın konsert verib. TÜRKSOY Gənclik Kamera Orkestri müxtəlif qitələrdə həyata keçirilən bu konsertlərlə türk dünyası bəstəkarlarının əsərlərini uğurla ifa edərək tamaşaçıları heyran edib.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Konsertin sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov səhnəyə çıxaraq Mədəniyyət naziri Əbülfəs Qarayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı – Türk Şurasının 10 illiyi münasibətilə xatirə plaketi təqdim edib.

Baş katib TÜRKSOY-da Azərbaycanın yüksək səviyyədə fəallığından söhbət açıb. Bildirib ki, Bakıda keçirilən bir çox tədbirlərdə, eləcə də beynəlxalq forumlarda, müxtəlif konfranslarda, mərasimlərdə TÜRKSOY-un təmsil olunması bu təşkilatın üzvləri arasında əməkdaşlığı daha da artırır və onları bir-birinə yaxınlaşdırır: “Biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq mədəniyyətimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı  yerinə yetiririk. Biz birgə mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu dünyanın hər yerində təbliğ edirik”.

2009-cu ildə yaradılan Türk Şurasının 10 illik fəaliyyətinin əhəmiyyətindən bəhs edən baş katib nazir Əbülfəs Qarayevə birgə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Nazir Əbülfəs Qarayev TÜRKSOY-un həyata keçirdiyi genişmiqyaslı tədbirlərin, eləcə də Azərbaycan mədəniyyətinin bu təşkilat səviyyəsində dünyada təbliğinin böyük önəm daşıdığını vurğulayıb. Diqqətə çatdırıb ki, türkdilli dövlətlərin başçıları bu qurumun fəaliyyətini təqdir edir və hər zaman dəstək olurlar. Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirdiyini və hər zaman diqqətdə saxladığını deyən nazir dövlət başçısına minnətdarlığını bildirib.

Əbülfəs Qarayev TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Bakı konsertinin böyük maraqla qarşılandığını qeyd edərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

XƏBƏRLƏR

18.01.2020 21:27
“Şəhərin qış gecələri” tamaşasının premyerası olub
18.01.2020 18:00
İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunan “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı sərgi açılıb
18.01.2020 17:34
Qobustan qoruğunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
17.01.2020 18:05
Xaçmaz regionu üzrə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib
17.01.2020 17:57
Ağdaşda “Tarixin qan yaddaşı” adlı tədbir keçirilib
17.01.2020 17:40
Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib
17.01.2020 17:24
20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik Kinosu Günləri” başa çatıb
17.01.2020 17:18
Biləsuvarda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbirləri keçirilir
17.01.2020 17:10
Sumqayıtın mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17.01.2020 17:00
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
17.01.2020 16:59
Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb
17.01.2020 16:51
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Yuxu” sənədli filmi nümayiş olunub
17.01.2020 15:13
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş nəşrlərin təqdimatı keçirildi
17.01.2020 14:40
“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində Milli qəhrəmanlarımızın şərəfli ömür yolu vərəqlənir
17.01.2020 11:47
Sabirabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17.01.2020 11:29
Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günündə ölkəmizi təmsil edib
17.01.2020 10:45
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
17.01.2020 09:15
UNESKO-da multikulturalizmin Azərbaycan modelindən danışılıb
16.01.2020 17:23
Türkiyədə İmadəddin Nəsiminin 650, Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir təşkil edilib
16.01.2020 14:44
Uşaq Kitabxanası tərəfindən 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbirlər keçirilib
16.01.2020 14:13
“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində həyata keçirilən tədbirlər davam edir
16.01.2020 10:23
Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb
16.01.2020 09:40
Vyanada Çingiz Babayevin xalçalardan ibarət sərgisi açılıb
16.01.2020 09:38
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində klassik vokalçıların ümumrespublika festivalının iştirakçıları ilə görüş olub
16.01.2020 09:29
Moskvada Riyad Məmmədovun “Min bir gecə”dən dörd nağıl” silsiləsindən ikinci konsertinin premyerası olacaq