20.08.2019 01:01
Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası təqdim ediləcək.
Səhnə əsəri Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq.
Səhnə əsərində baş rolu Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviç ifa edəcək.