Bədii, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri cari ilin iyun ayında elan olunacaq
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bədii, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinə layihələrin qəbulu başa çatmışdır.
Münsiflər heyətinin diqqətinə 200-dək ssenari təqdim edilmişdir. Müsabiqəyə qatılan müəlliflərin sayının həddindən artıq çoxluğu və müsabiqəyə marağın gözlənildiyindən xeyri artıq olması müsbət hal kimi dəyərləndirilir. Bununla yanaşı göstərilən səbəbdən yaranan texniki problemlə əlaqədar nəticələrin açıqlanma müddətinin uzadılması zərurəti yaranmıdır.
Məlumat üçün bildirilir ki, Nazirlik tərəfindən elan edilmiş bədii, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri 2019-cu il iyun ayının 15-də www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində elan olunacaqdır.