Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2020-ci il üçün müsabiqə elan edir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2020-ci il üçün Mədəniyyət Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.
- Xalq yaradıcılığı və sənətkarlığın inkişafına dair təşəbbüslər
- “Müasir dünyanın multikultural məkanı: Azərbaycan” mövzusunda tədbirlərin təşkilinə dair təşəbbüslərin dəstəklənməsi
- Regionlarda mədəni-kütləvi tədbirlərin dəstəklənməsinə dair təşəbbüslər
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2020-ci ilin mart ayının 03-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
- QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
- Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
- Tədbirin keçiriləcəyi yer və tarix;
- Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
- Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan:
AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.
Tel: (012) 498-79-53
(012) 498-20-62
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Əlaqələndirici şəxs:
Elnarə Quliyeva
Email: qht.medeniyyet@gmail.com
Tel: (012) 498-79-53
(012) 498-20-62